Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
ÇOX OXUNANLAR
Zövq və rahatlıq ocağı
Qadın qəlbini əldə etməyin yolu
Həyat yoldaşımı necə tənqid edim?
Psixoloqlara görə xoşbəxtliyin səkkiz şərti
Xanımlar oxusunlar!
Öz xanımında eyb axtarma!
Təhsil alan qadınların ailə münasibətlərinin möhkəmlənməsində rolu
Müvəqqəti nikah
Sevinc dolu həyatı birgə yaradın
Müştərək həyatı xilas etməyə dair 12 məsləhət
 

Xəbərlər
Tahir Kərimlidən təklif: Yanvar ilk, may çiçək, avqust biçin ayı adlandırılsın

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri, Tahir Kərimli təqvim aylarına milli adların verilməsini təklif edib.


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri, Tahir Kərimli təqvim aylarına milli adların verilməsini təklif edib.

Oxu.Az xəbər verir ki, bu barədə Modern.az-a Tahir Kərimli özü məlumat verib.

Deputat bildirib ki, zaman-zaman böyük dövlətlərdən asılılıq, digər hakim dillərin həyatımıza daxil olması səbəbindən dilimizin əsaslarının zəiflədilməsi prosesi gedib:
"Hesab edirəm ki, ana dilimizin ictimai, məişət və ədəbi həyatımızda daha üstün yer tutmasını təmin etməliyik. Övladlarımıza mümkün qədər daha çox milli adlar qoyulmalı, milli soyad sonluqları seçilməlidir. Yaradılmış hüquqi şəxslərə - müəssisə və məkanlara milli adlar verilməlidir. Bunun qanunvericilikdə nəzərdə tutulması da mümkündür".

Deputat bir sıra dövlətlərin təqvim adlarını dəyişmək cəhdlərinin uğursuz olmasının, həmçinin, qarşılaşa biləcəyimiz digər çətinlikləri nəzərə alaraq, Qriqorian təqvimini saxlamaqla, paralel olaraq, təqvim aylarına aşağıdakı milli adları təklif edib:

1. İlk ay (yanvar)

2. Soyuq (çillə ay) ay (fevral)

3. Boz ay (mart)

4. Yağış ayı (aprel)

5. Çiçək ayı (may)

6. Əkin ayı (iyun)

7. İsti ay (iyul)

8. Biçin ayı (avqust)

9. Məhsul ayı (sentyabr)

10. Qızıl ay (oktyabr)

11. Xəzəl ayı (noyabr)

12. Son ay (dekabr)

"Sadə və anlaşılan bu sözlər 100 illərlə xalq dilində işlənib. Və mənasını hamı anlayır. Ukraynalılar "Serpen", "Jovtnya", "Listopada" ay adları işlətməklə özlərinə böyük hörmət aşılatdıra biliblər. Biz də ən azı məişət və ədəbiyyatda bu adlardan istifadə edə bilərik".

Deputat əlavə edbi ki, bizdən asılı olacaq qədər dilimizdəki əcnəbi sözləri çevirib işlədə bilərik:

“Məsələn, "nəzərinizə çatdırırıq" sözü əvəzinə "baxışınıza veririk", "təklif edirəm" sözü əvəzinə "irəli sürürəm". "Feil" sözü əvəzinə "hərəkət", "və" bağlayıcısı əvəzinə "ilə" və s. yüzlərlə belə sözləri öz dilimizdə anlaşılan şəkildə işlədə bilərik”.

Tahir Kərimli həmçinin qeyd edib ki, milli identifikasiyamızı təsdiq etmək üçün geyim, mətbəx və mədəni həyatımızda özünəməxsusluğu qoruyan atributlarımıza vətəndaşlıq hüququ qazandırmalıyıq.

Deputat eyni zamanda insanları bu təşəbbüsə qoşulmağa və dəstəkləməyə çağırırıb.
 


Xəbər arxivi
<< 2019 >>
<< Avqust >>
B.e Ç.a Ç C.a C Ş B
01020304
05060708091011
12131415161718
19202122232425
262728293031
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com